Главная > Hadisə / Manset > Rusların atəşi nəticəsində məşhur ukraynalı aktyor öldü

Rusların atəşi nəticəsində məşhur ukraynalı aktyor öldü


6-03-2022, 21:33. Разместил: admin
Rusiyanın İrpin şəhərini atəşə tutması nəticəsində məşhur ukraynalı aktyor Paşa Li ölüb.

Bu barədə “Azadsəs.az” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 33 yaşlı aktyor vətəninin müdafiəsi üçün könüllülər sırasına qoşulmuşdu. Onun aldığı güllə yarasından öldüyü bildirilir.

Qeyd edək ki, Paşa Li “Adit”, “Unudulmuş əcdadların kölgələri”, “Sinif yoldaşlarının görüşü” və digər filmlərdəki rolları ilə tanınırdı.
Вернуться назад