Главная > Hadisə / Manset > Qadın gül almaq üçün dükana girdi, maşını qaçırıldı - Fotolar

Qadın gül almaq üçün dükana girdi, maşını qaçırıldı - Fotolar


6-03-2022, 09:07. Разместил: admin
Novxanı şossesində gül almaq istəyən qadının maşını oğurlanıb.

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi-Novxanı şossesində qeydə alınıb.

Məmmədova Könül Zakir qızı gül almaq üçün Novxanı qəsəbəsində “Mitsubishi” markalı nəqliyyat vasitəsindən enib. Bu zaman həmin ərazidə olan Quliyev Vidadi Aydın oğlu avtomobilin qapılarının açıq olduğunu görüb və dərhal nəqliyyat vasitəsini işə salaraq ordan uzaqlaşıb. V.Quliyev qaçırdığı avtomobili Binəqədi Novxanı şossesində bir neçə maşına çırpıb. Avtomobil yanmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Avtomobili oğurlamaqda şübhəli bilinən V.Quliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Saray Polis Şöbəsində araşdırma aparılır.


Вернуться назад