Главная > Hadisə / Manset > İdmançı tələbə itkin düşdü - Foto

İdmançı tələbə itkin düşdü - Foto


5-03-2022, 12:41. Разместил: admin
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi, idmançı İlkin Qənbərli itkin düşüb.

“Azadsəs.az” xəbər verir ki, İ.Qənbərli sonuncu dəfə beş gün öncə dostları ilə bir yerdə olub. Onlardan ayrılandan sonra İlkindən xəbər almaq mümkün olmayıb. Sonuncu dəfə Yasamal rayonu ərazisində görünüb.

DİN Mətbuat xidmətindən bildirilib ki, hazırda İlkin Qənbərlinin axtarışları davam etdirilir.

Qeyd edək ki, BDU-nun yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu bildirilir.

Lakin Güləş Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.
Вернуться назад