Главная > Hadisə / Manset > Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi


4-03-2022, 17:32. Разместил: admin
Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.

Bildirilib ki, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.
Вернуться назад