Главная > Hadisə / Manset > “Kubinka” və “Papanin”də narkotik satan 10 nəfər həbs edildi

“Kubinka” və “Papanin”də narkotik satan 10 nəfər həbs edildi


3-03-2022, 16:47. Разместил: admin
Nəsimi rayonunda narkotik satan daha 10 nəfər həbs edilib.

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

Rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Saxlanılan şəxslər narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.

Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Вернуться назад