Главная > Hadisə / Manset > Maşın vuran piyada xəstəxanada öldü

Maşın vuran piyada xəstəxanada öldü


3-03-2022, 15:32. Разместил: admin
Zaqatalada minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

“Azadsəs.az”nun məlumatına görə,​ martın 1-i 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Azər Şamil oğlu​ idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, yolu kecmək istəyən piyada, 1959-cu il təvəllüdlü İslamov Əliheydər Böyükxan oğlunu​ vurub.

Qəza zamanı ağır dərəcəli bədən xəsarətləri alan Əliheydər İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

O, bir gün sonra axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад