Главная > Hadisə > Polis mayoru qəzaya düşərək öldü

Polis mayoru qəzaya düşərək öldü


2-03-2022, 23:11. Разместил: admin
Yevlaxda polis əməkdaşı xidmətdən kənar vaxtı qəzaya düşərək vəfat edib.

"Azadsəs.az" xəbər verir ki, hadisə bu gün saat 21:30 radələrində baş verib.

Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən kənar vaxtı özünə məxsus "Chevrolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

DİN Mətbuat xidmətindən "Azadsəs.az"a məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад