Главная > Hadisə / Manset > Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu Ukraynada döyüşdə öldü - Foto

Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu Ukraynada döyüşdə öldü - Foto


1-03-2022, 12:03. Разместил: admin
Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb.

“Azadsəs.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.

Prezident Volodimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı ilə təltif edib.

A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib.

“SIAF”, “The Royal International Air Tattoo”, “International Airshow-2017”, “Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb.
Вернуться назад