Главная > Hadisə / Manset > Kiyev sakini şəhəri necə tərk etməsindən danışıb: “Bu, yer üzündəki cəhənnəmdir” - VİDEO

Kiyev sakini şəhəri necə tərk etməsindən danışıb: “Bu, yer üzündəki cəhənnəmdir” - VİDEO


1-03-2022, 08:53. Разместил: admin
Mən qatara yaxınlaşdım və insanlar məni onun içərisinə itələməyə başladılar. Bu qatarın hara getdiyini soruşdum. Cavab verdilər ki, fərqi yoxdur, ən əsası buradan uzaqlaşmaqdır.

Bu barədə döyüşlərin getdiyi şəhəri tərk etməyə cəhd edən Marqarita adlı Kiyev sakini BBC-yə danışıb.

“Mən sığınacaqda olanda anladım ki, evimin yaxınlığında yerləşən evlərdən biri yanıb. Sonra başa düşdüm ki, Kiyevdə yəqin ki, faydalı ola bilməyəcəm və birtəhər şəhərdən getməliyəm. Evakuasiya qatarları bir növ “Yer üzündəki Cəhənnəm”dir. Çoxlu sayda insan sadəcə olaraq hansısa qatarın gələcəyi ümidi ilə platformada dayanmışdı. Onlar hava hücumu xəbərdarlığına baxmayaraq dayanmışdılar”, -deyə o, danışıb.

Bu barədə daha ətraflı BBC-nin süjetində:


Вернуться назад