Главная > Hadisə / Manset > Bakıda ailə faciəsi
Bakıda ailə faciəsi28-02-2022, 11:07. Разместил: admin |
Bakıda kişi arvadını bıçaqlayaraq öldürüb. Xətai Rayon Prokurorluğundan "Azadsəs.az"a bildirilib ki, fevralın 25-də 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir. Вернуться назад |