Главная > Hadisə / Manset > Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərləndi

Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərləndi


27-02-2022, 11:49. Разместил: admin
Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərlənib.

"Azadsəs.az"ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verrib. Bir evdə olan 1970-ci il təvəllüdlü Alidə Bayramova, 1986-cı il təvəllüdlü Vüsalə Bayramova, 2001-ci il təvəllüdlü Aygün İsmayılova, 1999-cu il təvəllüdlü Məhərrəm Bayramov, 1990-cı il təvəllüdlü Sahil Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bayramov, 1994-cü il təvəllüdlü Zeynal Bayramov, həmçinin iki azyaşlı - 2017-ci il təvəllüdlü Sahil Bayramov və 2015-ci il təvəllüdıü Sadiq Bayramov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə onlar yuxuda ikən baş verib.

Məlumata görə zəhərlənənlərdən bir neçəsi kənddə toyda iştirak etmək üçün Bakıdan qonaq gəliblər.
Вернуться назад