Главная > Hadisə / Manset > Bakıda tikilməkdə olan binada uçqun - Foto

Bakıda tikilməkdə olan binada uçqun - Foto


24-02-2022, 13:23. Разместил: admin
Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə inşa olunan binalardan birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

***

“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədirlər.

Tikintidə çalışan şəxslərin verdiyi məlumata görə, uçqun baş verən tikili yaşayış binası yox, şirkətin satış ofisi üçün nəzərdə tutulan iki mərtəbəli obyektdir. Tikilinin eyvan hissəsi çöküb. Xəsarət alan və ölən yoxdur.

Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb olunub.

***

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının biri çöküb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.




Вернуться назад