Главная > Hadisə / Manset > Palaza bürünüb oğurluğa getdi - Video

Palaza bürünüb oğurluğa getdi - Video


23-02-2022, 17:03. Разместил: admin
Zərdabda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, rayon ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb. Ə.Əkbərovun mağazalardan 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Oğurluq edərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb və Ə.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Вернуться назад