Главная > Hadisə > Çoxmərtəbəli yaşayış binasında yanğın - 20 nəfər təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın - 20 nəfər təxliyə edildi


22-02-2022, 19:42. Разместил: admin
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə bir ədəd çarpayı və yataq dəsti yanıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
Вернуться назад