Главная > Hadisə / Manset > Ağdaşda 87 yaşlı qadın faciəli şəkildə öldü

Ağdaşda 87 yaşlı qadın faciəli şəkildə öldü


22-02-2022, 15:47. Разместил: admin
Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

Bu barədə “Azadsəs.az” FHN-ə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Вернуться назад