Главная > Hadisə / Manset > Bakıda maskalı şəxslər şirkətə basqın etdi Bakıda maskalı şəxslər şirkətə basqın etdi

Bakıda maskalı şəxslər şirkətə basqın etdi Bakıda maskalı şəxslər şirkətə basqın etdi


19-02-2022, 14:17. Разместил: admin
Bakıda maskalı şəxslər şirkətə basqın edib.

DİN-in Mətbuat xidmətindən “Azadsəs.az”a bildirilib ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə 2 maskalı şəxsin girməsi barədə məlumat daxil olub. Onlar həyətdəki traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyiblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад