Главная > Hadisə > Salyanda ağır qəza, iki qardaş öldü

Salyanda ağır qəza, iki qardaş öldü


19-02-2022, 10:37. Разместил: admin
Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Azadsəs.az"nun məlumatına görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.

Qəzada ölən qardaşlar Cəlilabadın Alar kəndinin sakinləri olub.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад