Главная > Hadisə / Manset > Tərtərdə Yol istismar idarəsinin işçiləri minaya düşdü, yaralılar var

Tərtərdə Yol istismar idarəsinin işçiləri minaya düşdü, yaralılar var


18-02-2022, 16:45. Разместил: admin
Fevralın 18-i Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

ANAMA-dan “Azadsəd.az”a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.


1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Tərtər rayon prokurorluğundan "Azadsəs.az"a bildirilib ki, 18 fevral 2022-ci ildə rayonun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад