Главная > Hadisə / Manset > Azərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü

Azərbaycanda iki bacının faciəsi - 8 nəfər eyni gündə öldü


18-02-2022, 08:20. Разместил: admin
Xəbər verdiyimiz kimi, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

“Azadsəs.az”nun məlumatına görə, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.


Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Qəzanın baş verdiyi yerdən video:


Вернуться назад