Главная > Hadisə / Manset > Qusarda evdən ana-ata ilə 3 azyaşlı uşaqlarının meyiti tapıldı - Yenilənib

Qusarda evdən ana-ata ilə 3 azyaşlı uşaqlarının meyiti tapıldı - Yenilənib


17-02-2022, 18:41. Разместил: admin
Qusarda evdən bir ailənin 5 üzvünün meyiti tapılıb.

“Azadsəs.az” xəbər verir ki, hadisə bu gün baş verib.

Ailə üzvləri olan 5 nəfərin meyitləri mənzildə aşkar edilib. İlkin ehtimala görə, onlar dəm qazından boğulub.

Hazırda ekspertiza təyin edilir. Məlumata görə, onlar dünən axşam saatlarında boğulublar.

***

Məlumata görə, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Azyaşlılardan ikisi qız, biri isə oğlandır.
Вернуться назад