Главная > Hadisə / Manset > Sürücü öldü, arvadı ağır yaralandı - Fotolar

Sürücü öldü, arvadı ağır yaralandı - Fotolar


17-02-2022, 18:11. Разместил: admin
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azadsəs.az"ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Mahir Nağıyev hadisə yerində ölüb.

Onun həyat yoldaşı Gülnar Nağıyeva isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




Вернуться назад