Главная > Hadisə / Manset > Ukraynada kriminal avtoritet stomatoloji kresloda güllələndi

Ukraynada kriminal avtoritet stomatoloji kresloda güllələndi


16-02-2022, 12:00. Разместил: admin
Ukraynanın Prikarpatya şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları “Suxoy İqor” ləqəbi ilə tanınan kriminal avtoritet İqor Dutkanın qatilini axtarır.

“Azadsəs.az” Rusiya mediasına istinadən xəbər verir ki, məlumata görə, “Suxoy İqor” Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən stomatoloji kresloda güllələnib.

Cinayətlə bağlı məlumatı hüquq-mühafizə orqnalarına diş həkimi bildirib. Həkim naməlum şəxsin onun tibb kabinetinə qaçaraq pasiyenti dəfələrlə güllələdiyini, bundan sonra isə qaçdığını bildirib. Kriminal avtoritetə tibbi yardım göstərilərkən dünyasını dəyişib.

Polis hadisənin baş vermə şəraitini araşdırır.
Вернуться назад