Главная > Hadisə / Manset > Çində sərnişinlə dolu avtobusda güclü partlayış: Ölən və onlarla xəsarət alan var

Çində sərnişinlə dolu avtobusda güclü partlayış: Ölən və onlarla xəsarət alan var


13-02-2022, 12:53. Разместил: admin
Çinin Şenyan şəhərində ictimai nəqliyyat avtobusunun partlaması nəticəsində azı bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtobusda böyük səs-küy olub.

Hadisə yerindən çəkilən kadrlardan da göründüyü kimi, partlayış nəticəsində avtobusun bütün şüşələri sınıb, şüşə parçaları bir neçə metr kənara səpələnib.

Hələlik partlayışın nədən baş verdiyi məlum deyil.
Вернуться назад