Главная > Hadisə / Manset > Ötən sutka 11 nəfər xilas edilib - Video

Ötən sutka 11 nəfər xilas edilib - Video


11-02-2022, 13:25. Разместил: admin
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Azadsəs.az” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər, o cümlədən Şəki şəhərinin Qırxbulaq kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Həmçinin Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад