Главная > Hadisə / Manset > Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb


6-02-2022, 12:52. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад