Главная > Hadisə > Qonşusunu bıçaqladı, 5 gün sonra öldü
Qonşusunu bıçaqladı, 5 gün sonra öldü28-01-2022, 12:20. Разместил: admin |
Cəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyev yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölüb. Prokurorluqdan "Azadsəs.az"a verilən məlumata görə, zərəçəkmişin qonşusu Həzrət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirib, o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Вернуться назад |