Главная > Hadisə > DSMF-nin şöbəsini yandırmaq istədi, saxlanıldı

DSMF-nin şöbəsini yandırmaq istədi, saxlanıldı


26-01-2022, 11:23. Разместил: admin
Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsi yandırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Azadsəs.az"a açıqlamasında bildirib ki, məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад