Главная > Hadisə > Bulvarda intihara cəhd, özünü dənizə atdı

Bulvarda intihara cəhd, özünü dənizə atdı


25-01-2022, 08:19. Разместил: admin
Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub.

“Azadsəs.az” FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад