Главная > Hadisə / Manset > Ana və övladlarını maşın vurdu - Azyaşlı öldü

Ana və övladlarını maşın vurdu - Azyaşlı öldü


23-01-2022, 09:08. Разместил: admin
Bakıda avtomobil ana və övladlarını vurub.

“Azadsəs.az”ın “Report”a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub.

Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад