Главная > Hadisə > Bakıda maşına silahla atəş açıldı

Bakıda maşına silahla atəş açıldı


21-01-2022, 08:37. Разместил: admin
Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbəsi sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

“Azadsəs.az” hadisə ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.

Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətindən polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Вернуться назад