Главная > Hadisə > Qaxda ağır qəza, ölən və yaralananlar var - Fotolar

Qaxda ağır qəza, ölən və yaralananlar var - Fotolar


20-01-2022, 17:20. Разместил: admin
Qaxda ağır yol qəzası baş verib.

"Azadsəs.az"ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində​ baş verib.

"Mercedes" və "Ford Tranzit" markalı iki avtomobil toqquşub. Nəticədə biri ağır olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

1966-cı il təvəllüdlü Qax rayon Lələli kənd sakini Xəlilova Dilafət Hacıməhəmməd qızı xəstəxanaya çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.





Вернуться назад