Главная > Hadisə > Hacıqabulda baş verən qəzada dörd nəfər ağır xəsarət alıb – FOTO

Hacıqabulda baş verən qəzada dörd nəfər ağır xəsarət alıb – FOTO


19-01-2022, 09:36. Разместил: admin
Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.

"Azadsəs.az" xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil arxadan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Вернуться назад