Главная > Hadisə / Manset > Baxıcı qadını ailə şəkilləri ilə hədələyib pul aldı

Baxıcı qadını ailə şəkilləri ilə hədələyib pul aldı


18-01-2022, 12:37. Разместил: admin
Bakıda özünü baxıcı kimi təqdim edən qadın dələduzluq edib.

DİN-in Mətbuat Xidmətindən "Azadsəs.az"a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1700 manat pul ödəməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад