Главная > Hadisə > Braziliyada turistlərin qayığı üzərinə qaya parçası düşdü, ölənlər var - Video

Braziliyada turistlərin qayığı üzərinə qaya parçası düşdü, ölənlər var - Video


9-01-2022, 10:43. Разместил: admin
Braziliyanın cənub-şərqindəki Minas-Jerais ştatında qaya parçası turistlərin gəzintiyə çıxdıqları qayıqların üzərinə düşüb.

“Azadsəs az” xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan 3-ü qadın, 4-ü kişidir. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 3 nəfərin axtarışları isə davam edir.

Furnas gölündə baş verən qəzanın səbəbi kimi iki versiya səsləndirilir: su burulğanı və ya leysan yağışları nəticəsində baş verən erroziya.
Вернуться назад