Главная > Hadisə > Çörək zavodunda qadın fəhlə faciəvi şəkildə öldü
Çörək zavodunda qadın fəhlə faciəvi şəkildə öldü8-01-2022, 12:22. Разместил: admin |
Bakıda çörək zavodunda fəhlə işləyən qadın ölüb. Nərimanov rayon prokurorluğundan "Azadsəs.az"a verilən məlumata görə, yanvarın 7-də İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, M.Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir. Вернуться назад |