Главная > Hadisə / Manset > Arvadın ərini baltalayaraq öldürməsi ilə bağlı prokurorluqdan - Açıqlama

Arvadın ərini baltalayaraq öldürməsi ilə bağlı prokurorluqdan - Açıqlama


5-01-2022, 18:22. Разместил: admin
Ağstafa Rayon Prokurorluğu Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində baş verən hadisə ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan “Azadsəs.az”a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Вернуться назад