Главная > Hadisə > Ruhi xəstə atasının başını kəsib öldürdü

Ruhi xəstə atasının başını kəsib öldürdü


12-05-2020, 12:51. Разместил: azadses
Şirvanda qətl hadisəsi baş verib.
Azad Səs-in məlumatına görə, hadisə mayın 12-də gecə saatlarında Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında qeydə alınıb.
Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxasına daxil olunub.
Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Вернуться назад