Главная > Hadisə > Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü
Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü25-12-2021, 12:23. Разместил: admin |
Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb. Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb. İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib. Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Вернуться назад |