Главная > Hadisə / Manset > Gömrük Komitəsi sərxoş halda qəza törədən sürücü ilə bağlı açıqlama yaydı - Fotolar

Gömrük Komitəsi sərxoş halda qəza törədən sürücü ilə bağlı açıqlama yaydı - Fotolar


23-12-2021, 14:12. Разместил: admin
Dövlət Gömrük Komitəsi dünən gecə saatlarla sərxoş vəziyyətdə qəza törədən şəxsin komitənin əməkdaşı olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.“Azadsəs.az” xəbər verir ki, komitənin mətbuat katibi Natiq Axundov bildirib ki, sürücü, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, ilkin məlumatda qeyd edilmişdi ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.

Qəza hadisəsi Novxanı qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Samir Vəliyev ağır dərəcəli sərxoş halda idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb. “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarəti alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.




Вернуться назад