Главная > Hadisə > Masallıda 2 nəfər yaşadığı evdə yanaraq ölüb

Masallıda 2 nəfər yaşadığı evdə yanaraq ölüb


15-12-2021, 22:15. Разместил: admin
Fövqəladə Hallar Nazirliyindən "Azadsəs.az"a verilən məlumata görə, hadisə bu gün rayonun Güllütəpə kəndində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində ümumi sahəsi 300 m² olan evin bir hissəsi yanıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı biri azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Вернуться назад