Главная > Hadisə > İstanbulda binada yanğın - 4 uşaq öldü

İstanbulda binada yanğın - 4 uşaq öldü


14-12-2021, 10:37. Разместил: admin
İstanbulun Esenyurt bölgəsində binanın zirzəmisində baş verən yanğında 4 uşaq həyatını itirib.

“Azadsəs.az” TRT-yə istinadən xəbər verir ki, yanğın suriyalı ailənin yaşadığı zirzəmidə elektrik sobasından baş verib.

Hadisə zamanı bir qadın və bir uşaq yanğınsöndürənlər tərəfindən xilas edilib.

Hadisə yerinə polis, təcili yardım və xilasetmə briqadaları göndərilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə qısa müddətdə yanğın söndürülüb.
Вернуться назад