Главная > Hadisə > Şirkət işçiləri bələdiyyə üzvlərini döydü

Şirkət işçiləri bələdiyyə üzvlərini döydü


10-12-2021, 16:43. Разместил: admin
Dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Azadsəs.az"a açıqlamasında bildirib ki, həmin şəxslər bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
Вернуться назад