Главная > Hadisə > Ər-arvad faciəli şəkildə öldü

Ər-arvad faciəli şəkildə öldü


8-12-2021, 23:17. Разместил: admin
Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Kənd sakinləri olan ər və arvad dəm qazından zəhərləniblər. Onlar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад