Главная > Hadisə / Dünya / Manset > Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı

Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı


2-12-2021, 16:23. Разместил: admin
Xəbər verdiyimiz kimi, Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi, 22 yaşlı Anar Orucov dənizə düşüb. Bartından gələn Sahil Mühafizə dalğıclarının həyata keçirdiyi axtarışlar heç bir nəticə verməmiş və qaranlığın düşməsi ilə axtarışlara son qoyulmuşdu.

“Azadsəs.az”ın Türkiyə mediasına istinadən məlumatına görə, səhər saatlarında yenidən keçirilən axtarışlar zamanı A. Orucovun cansız bədəni aşkar olunub.
Вернуться назад