Главная > Hadisə / Cəmiyyət > Marketdə benzin satırdı: Ələ keçdi - FOTO/VİDEO

Marketdə benzin satırdı: Ələ keçdi - FOTO/VİDEO


23-11-2021, 19:21. Разместил: admin
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu, Çaparlı kəndində vətəndaş Məmmədov Elşən Bəxtiyar oğluna məxsus “Bəxtiyar market” adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də müvafiq razılaşma və icazəverici sənədlər olmadan obyektə bitişik əlavə tikilinin inşa olunduğu, daxilində hər birinin tutumu 10,8 ton olan iki ədəd və 5,5 ton tutumu olan bir ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağının satışının həyata keçirildiyi aşkar olunub.
Göstərilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən çənlərdə saxlanılan asan alışan mayelər oradan kənarlaşdırılmaqla, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qərar qəbul edilib, qeyd olunan asan alışan mayelərin qanunvericiliyin tələblərinə uyğun olaraq maddi dəlil kimi götürülməsi təmin edilib.

Həmçinin qanunvericiliklə nəzərdə tutulan qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.






Вернуться назад