Главная > Hadisə > Yol polisini vuran sürücü həbs edildi

Yol polisini vuran sürücü həbs edildi


13-11-2021, 20:37. Разместил: admin
Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.

Bu barədə “Azadsəs.com”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

O, bildirib ki, "Opel Astra" markalı, 99-NT-712 nömrəli avtomobilin sürücusü, Mingəçevir şəhərində anadan olmuş 1990-cı il təvəllüdlü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.

Saxlanılan zaman sürücünün psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə təqdim edilib.

Məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu 2 (iki) ay inzibati həbs və 1 (bir) il sürücülük hüququndan məhrum edilib.

Вернуться назад