Главная > Hadisə / Manset > Sumqayıtda restoranda gənc oğlan faciəvi şəkildə öldü - Yenilənib

Sumqayıtda restoranda gənc oğlan faciəvi şəkildə öldü - Yenilənib


10-11-2021, 15:33. Разместил: admin
Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.

“Azadsəs.com” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb. Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı gənc təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Prokurorluqdan “Azadsəs.com"ya verilən məlumata görə, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadə Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölüb.

Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Вернуться назад