Главная > Hadisə > Tanınmış aparıcı Xose Bernardo restoranda bıçaqlanıb

Tanınmış aparıcı Xose Bernardo restoranda bıçaqlanıb


11-11-2019, 00:47. Разместил: azadses
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azadses.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.


Вернуться назад