Главная > Hadisə > 15 yaşlı qız özünü binadan atdı - Yenilənib

15 yaşlı qız özünü binadan atdı - Yenilənib


4-11-2021, 08:42. Разместил: admin
Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Azadsəs” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

***

Həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Вернуться назад