Главная > Hadisə > “KamAZ”ın altında qalan fəhlə öldü

“KamAZ”ın altında qalan fəhlə öldü


3-11-2021, 16:23. Разместил: admin
Daş karxanasında işləyən fəhlə kamazın altında qalıb.

Qaradağ Rayon Prokurorluğundan "Azadsəs"ə verilən məlumata görə, hadisə noyabrın 2-si Qızıldaş qəsəbəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Müəyyən edilib ki, C.Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “KamAZ” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.
Вернуться назад